Çelyabinsk–Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarının 7 vaqonu Ulyanovsk vilayətində relsdən çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində 23 nəfər xəsarət alıb.
Onlardan 4-ü uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Ümumilikdə vaqonlarda 415 nəfər, o cümlədən 34 uşaq olub.
"Cebheinfo.az"