EN

Agentlik sədri bu şöbəyə müdir təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.

"Cebheinfo.az" Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Əmrə əsasən, Murad Əlibəy oğlu Fərzəliyev Sosial-məişət məsələlərinə dəstək şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər sözügedən şöbənin müdiri vəzifəsi vakant idi.

"Cebheinfo.az"

Chosen
15
9
cebheinfo.az

10Sources