Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.
"Cebheinfo.az" Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Əmrə əsasən, Murad Əlibəy oğlu Fərzəliyev Sosial-məişət məsələlərinə dəstək şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər sözügedən şöbənin müdiri vəzifəsi vakant idi.
"Cebheinfo.az"