EN

"Neftçi" 2024-cü ildə futbolçulara ən çox maaş ödəyən klub olub

Azərbaycan Premyer Liqasının klublarının 2024-cü ildə futbolçulara verdikləri əməkhaqqılar müəyyənləşib.

"Far.Az" xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Ən çox maaşı "Neftçi" klubu oyunçularına ödəyib. Paytaxt təmsilçisində bu rəqəm 18 milyon 287 min 111 manat olub. "Qarabağ" isə 2024-cü ildə futbolçulara 13 milyon 878 min 800 manat maaş verib.

"Sabah"da bu rəqəm 8 milyon 911 min 200 manat, "Sumqayıt"da 4 milyon 431 min 100 manat, "Səbail"də 4 milyon 385 min 800 manat, "Zirə"də 4 milyon 287 min 627 manat, "Araz-Naxçıvan"da 3 milyon 619 min 200 manat, "Turan Tovuz"da 2 milyon 613 min 900 manat, "Kəpəz"də 1 milyon 754 min 700 manat, "Şamaxı"da 1 milyon 4 min 300 manatdır.

Chosen
32
7
far.az

10Sources