EN

Tbilisi və İrəvan siyasi məsləhətləşmələr aparıb, regional proseslər müzakirə olunub

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Tbilisidə Gürcüstan və Ermənistanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Gürcüstan tərəfini XİN başçısının müavini Laşa Darsaliya, Ermənistan tərəfini isə XİN rəhbərinin müavini Vahan Kostanyan təmsil edib.Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın gündəliyinin cari məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər ticari-iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət, təhsil və digər sahələrdə intensiv dinamikanı vurğulayıblar.

Cənubi Qafqaz bölgəsində davam edən proseslər də müzakirə edilib. Bu kontekstdə Gürcüstan tərəfi bir daha regionda sülhün, rifahın və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
3
apa.az

6Sources