ain.az, Turkstan.az portalına istinadən məlumat verir.
"ABŞ Prezidenti Donald Tramp da ölkəsində baş verən hadisələr səbəbindən böyük bir qumara girib".
Turkustan.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami "Armenian News"-a verdiyi müsahibədə bildirib ki,
Səfirin sözlərinə görə, ABŞ Prezidenti seçki kampaniyaları zamanı ölkəsindən kənarda müharibələrə trilyonlarla dollar xərcləndiyini iddia etsə də, indi seçki vədlərinə xəyanət edib.
İran səfiri bildirib: "Ümid edirik ki, bu, uzun sürməyəcək. Amma inanırıq ki, bu qumar davam edərsə, ölkənizin daxili proqramları da müəyyən problemlərlə üzləşəcək".
Səfir Şirqolami vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, Trampın İrana qarşı təcavüzkar açıqlamaları müharibə cinayəti təşkil edir.
O bildirib ki, sənaye və enerji infrastrukturuna hücumlar da müharibə cinayətləridir; onlar tarixə düşəcək və gələcəkdə buna cavab tələb olunacaq.
"İran bütün ssenarilərə hazırdır. Biz bu vaxta qədər dözümlülüyümüzü nümayiş etdirmişik, eyni şəkildə davam etməyə hazırıq və artıq həm ABŞ-yə, həm də İsrailə ciddi zərbələr endirmişik.
ABŞ-ın həm Avropada, həm də NATO-da ən yaxın müttəfiqləri bunun axmaq bir müharibə olduğu fikrini bildiriblər və onlar orada iştirak etməyə hazır deyillər", - deyə Xəlil Şirqolami vurğulayıb. /Cebheinfo.az/
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.