EN

Əfqanıstan və Pakistan sərhədində döyüşlər yenidən başladı

Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar dünən axşam Durand xətti (Əfqanıstan və Pakistan arasındakı sərhəd, Kabil tərəfindən tanınmır) boyunca yenidən başlayıb və bu gün səhər də davam edib.

Publika.az xəbər verir ki, bu barədə "Seda-e Afghan" Teleqram kanalı məlumat yayıb.

"Əfqanıstan qüvvələri Pakistan qüvvələrinin artilleriya atəşinə cavab olaraq, Xost və Paktiya əyalətlərindən Durand xətti boyunca mövqelərinə hücum edib", - deyə açıqlamada bildirilir.

Toqquşmalarda ən azı üç Pakistan əsgəri öldürülüb və bir neçə Pakistan nəzarət məntəqəsi dağıdılıb.

Chosen
2
1
publika.az

2Sources