Bu gün şəhid Elşən Bəşirovun anım günüdür.
BAKU.WS xəbər verir ki, 2 aprel, Masallı rayonunun Böyük Təklə kəndində anadan olan Birinci Qarabağ müharibəsi şəhidi Elşən Danizxan oğlu Bəşirovun şəhadətə ucaldığı gündür.
1973-cü il dekabrın 25-də dünyaya gələn Elşən Bəşirov kənd məktəbində təhsil alıb daha sonra hərbi xidmətə yollanıb. O, döyüşlərdə göstərdiyi şücaətlə seçilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan ağır döyüşlərdə iştirak edib.
Elşən Bəşirov 1993-cü il aprelin 2-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz ertəsi gün, 3 aprel tarixində doğulduğu Böyük Təklə kəndində torpağa tapşırılıb.
Allahdan şəhidimizə rəhmət diləyirik.