EN

Merkel Minsk razılaşmalarını müdafiə edib: Bu, Ukraynanın sağ qalmasına imkan verdi

Almaniyanın sabiq kansleri Angela Merkel bildirib ki, 2015-ci il Minsk razılaşmaları Rusiya prezidenti Vladimir Putinin Ukraynanı asanlıqla ələ keçirə biləcəyi bir dövrdə imzalanmışdı...

Poliqon xəbər verir ki, bu barədə Clash Report yazır.

"Heç kim real müqavimət göstərə bilmirdi. Ukrayna hazırda çox ağır illər yaşayır, lakin Putinin aqressiyasından sonra sağ qalmağı bacardı və ümid edə bilərik ki, o, suveren dövlət kimi qalacaq və öz qərarlarını verəcək. Məni sevindirən də budur", deyə Merkel bildirib.

Merkel hesab edir ki, 2015-ci ildə onun vasitəçiliyi ilə əldə olunan razılaşmalar Ukraynaya Rusiyaya qarşı genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün vaxt qazandırıb.

"Geriyə baxanda düşünürəm ki, Ukraynanın mümkün qədər uzun müddət ələ keçirilməməsi üçün çalışmaq düzgün idi ki, o, 2021-ci ilə qədər daha da güclənə bilsin", deyə sabiq kansler əlavə edib.

Qeyd olunur ki, bu, Merkelin 2026-cı ildə ilk böyük müsahibəsidir. Müsahibə martın 3-də qeydə alınıb və sonradan Almaniyanın HR radiosunun efirində yayımlanıb.

Bundan əvvəl Merkel Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasına görə guya Polşa və Baltikyanı ölkələrin məsuliyyət daşıdığı barədə fikirlərinə aydınlıq gətirməyə çalışıb. Siyasətçi bildirib ki, onun sözləri təhrif olunub.

O, həmçinin qeyd edib ki, 2021-ci ildə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırdığı vaxt Polşa və Baltikyanı ölkələr onun və Fransa prezidenti Emmanuel Makronun Putinlə danışıqlar aparmaq təşəbbüsünü dəstəkləməyiblər. Bu açıqlamalar Şərqi Avropa ölkələrində tənqidlə qarşılanıb.

Poliqon.info

Chosen
18
poliqon.info

1Sources