EN

Trampdan dərman idxalı ilə bağlı SƏRT QƏRAR

ABŞ Prezidenti Donald Tramp istehsalçılar qiymətləri aşağı salmağa və ya istehsalı ABŞ-a köçürməyə razı olmadıqları təqdirdə, ölkəyə gətirilən bir sıra əczaçılıq preparatlarına 100% məbləğində rüsumların tətbiq edilməsi barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp "milli təhlükəsizliyi və ABŞ-ın səhiyyə sistemini gücləndirmək məqsədilə patentləşdirilmiş əczaçılıq məhsullarına və onların inqrediyentlərinə rüsumların tətbiq edilməsini" əmr edib. 100% məbləğində tariflər "böyük şirkətlər üçün 120 gündən, kiçik şirkətlər üçün isə 180 gündən sonra" qüvvəyə minəcək.

Bundan əvvəl Böyük Britaniya dünyada ilk olaraq əczaçılıq məhsullarına tətbiq edilən Amerika rüsumlarından azad olunmağa nail olub.

Chosen
40
publika.az

1Sources