EN

​İngiltərənin ən çox qazanan futbolçuları

İngiltərə Premyer Liqasının ən çox qazanan futbolçularının siyahısı açıqlanıb. Metbuat.az xəbər verir ki, siyahıya "Mançester Siti"nin futbolçusu Erlinq Holann liderlik edir. "L'Équipe" nəşrində dərc edilən xəbərə görə, futbolçu ayda 2,63 milyon avro qazanır. İkinci yerdə qərarlaşan "Liverpul"un futbolçusu Məhəmməd Salah ayda 2 milyon avro əldə edir. 3-cü sıranı bölüşən "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro və "Liverpul"un müdafiəçisi Vircil van Deyk ayda 1,75 milyon avro məvacib əldə edir.

İlk beşlikdə qərarlaşan "Mançester Yunayted"in oyunçusu Brunu Fernandeş və "Arsenal"ın hücumçusu Bukayo Saka ayda 1,5 milyon avro qazanır.

Chosen
25
9
metbuat.az

10Sources