EN

Əraqçi Lavrovla telefonda danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefonda danışıb.

Metbuat.az xəbər verir ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomatlar böhranın həlli yollarından danışıblar. Bildirilir ki, danışıqlar zamanı bəzi ölkələrin gərginliyin azaldılması istiqamətində addımları, BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmi fəaliyyətinin təhlükəsizliyi ilə bağlı aparılan müzakirələrə dair fikir mübadiləsi aparılıb.

Chosen
39
9
metbuat.az

10Sources