EN

Türkiyədən Şimali Kipr üçün bəyanat - "Hücumu lənətləyirik"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik EOKA terror təşkilatı tərəfdarlarının Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) vətəndaşlarına qarşı törətdiyi hücumu kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, partiya rəsmisi bu barədə öz rəsmi sosial media hesabında bəyanat yayıb.

Ömer Çelik çıxışında terror tərəfdarlarının qanun qarşısında cavab verməli olduqlarını vurğulayıb: "EOKA terror təşkilatı tərəfdarlarının Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşlarına qarşı həyata keçirdiyi alçaq hücumu lənətləyirik. Bu terror tərəfdarları hüquq müstəvisində hesab verməlidir. Kipr türklərinin hər zaman və hər şəraitdə yanındayıq".

Chosen
28
turkic.world

1Sources