
Rusiyanın xalq artisti Filipp Kirkorova qadağan olunmuş yerdə siqaret çəkdiyinə görə təkrar hal baş verərsə daha ciddi cəza tətbiq oluna bilər.
Bu barədə vəkil Yelena Ponomaryova məlumat verib. Onun sözlərini “Beşinci kanal” yayıb.
“Cərimənin məbləği daha yüksək olacaq”, – deyə hüquqşünas bildirib. O əlavə edib ki, artıq Kirkorova tətbiq olunan cərimənin artırılması mümkün deyil.
Xatırladaq ki, mart ayında müğənni Barnaul hava limanında siqaret çəkərkən görüntülənib. Sənətçi bunu saat qurşaqlarının dəyişməsi və davamlı uçuşlar səbəbindən yorğun olması ilə izah edib və özünü saxlaya bilmədiyini bildirib.
Qalmaqal fonunda ifaçıdan ictimai şəkildə üzr istəməsi də tələb olunub.