EN

“İmzala və keç”: İrandan dünyaya yeni Hörmüz modeli



İran Hörmüz boğazının istifadəsi ilə bağlı yeni mexanizm hazırladığını açıqlayıb və dünya ölkələrinə açıq çağırış edib.

Aia.az xəbər verir ki, İran Hökumətinin İnformasiya Şurasının rəhbəri İlyas Həzrəti dövlət televiziyası İRİB-ə açıqlamasında bildirib ki, Tehran bu strateji keçid üzrə beynəlxalq razılaşma modelini müzakirə edir.

Onun sözlərinə görə, İran Hörmüz boğazından istifadə etmək istəyən Avropa, Asiya və ərəb ölkələrini rəsmi müqavilə imzalamağa dəvət etməyi planlaşdırır. Bu modelə əsasən, keçiddən istifadə müəyyən şərtlər və razılaşmalar çərçivəsində mümkün olacaq.

Həzrəti vurğulayıb ki, İran bu strateji su yoluna tam nəzarət edir və qaydaların müəyyən edilməsində əsas söz sahibidir. O, həmçinin ABŞ prezidenti Donald Trampın bu mövzu ilə bağlı açıqlamalarını tənqid edib və onları əsassız adlandırıb.



Chosen
14
1
aia.az

2Sources