EN

Çində yeni dabaq xəstəliyi AŞKARLANDI: Vaksinlər TƏSİRSİZDİR

Çində Sibir sərhədində ölümcül dabaq xəstəliyinin yeni ştammı aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Çində ölümcül təhlükəyə malik dabaq xəstəliyinin yeni ştammı aşkar edilib. Xəstəliyin SAT1 serotipi Sintszyan-Uyğur Muxtar Rayonu və Qansu əyalətindəki iki sürüdə qeydə alınıb.

İlkin məlumatlara görə, 6229 baş mal-qaradan 219-u yoluxub. Analitiklərin fikrincə, bu ştamm Çində ilk dəfədir ki, aşkarlanır və buna görə də mövcud vaksinlər ona qarşı təsir göstərmir.

Hazırda əyalət hakimiyyəti orqanları yoluxmuş heyvanların kütləvi şəkildə kəsilməsini və dezinfeksiya işlərini həyata keçirir.

Qeyd etmək lazımdır ki, Sintszyan bölgəsi Rusiyanın Altay diyarı ilə həmsərhəddir və burada da mal-qara arasında yoluxma halları müşahidə olunub.

Martın ortalarında Novosibirsk vilayətində xəstəliyin yayılması səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib və heyvanların müsadirəsinə başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
17
interpress.az

1Sources