EN

Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Beynəlxalq Bankına 23.5 milyon ödəyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Sosial Müdafiə Fondu” (DSMF) publik hüquqi şəxsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 23 573 003 AZN ödəyəcək.

 

Pravda.az xəbər verir ki, bu, DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinə görədir.

 

Fond və Bank arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 2 Aprel 2026, 21:05   
Chosen
43
pravda.az

1Sources