EN

“Avropanın ağıllı səslərə qulaq asması lazımdır” – Dmitriyev


Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib ki, Avropa ağıllı səslərə qulaq asmalıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Dmitriyev qeyd edib ki, yaxınlaşan enerji və iqtisadi böhranın ciddiliyini başa düşən Macarıstanın baş naziri Viktor Orbanın dedikləri ağıllı sözlərdir.

Qeyd edək ki, V.Orban Avropanı enerji böhranından xilas etməyin yeganə yolunun Rusiyanın enerji sektoruna tətbiq edilən sanksiyaların ləğv edilməsi olduğunu bildirib.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Orban sürəkli olaraq Rusiyanın yanında, Ukraynanın qarşısındadır və Avropanın Kiyevə maliyyə yardımlarını sabotaj edir.

Musavat.com

 

Chosen
52
24
musavat.com

10Sources