
Avropa İttifaqı (Aİ) 2026-cı ildə iqtisadi çöküşlə üzləşəcək.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Almaniya 15 yeni atom elektrik stansiyasının tikintisini planlaşdırır, eyni zamanda Rusiya nefti, təbii qazına tətbiq olunan sanksiyaların ləğvini, həmçinin Rusiyaya uzanan "Şimal Axını 2" qaz kəmərinin bərpası üçün maliyyə ayırmağı nəzərdən keçirir.Dmitriyev, Aİ-nin qarşılaşacağı iqtisadi böhrandan da danışıb:
"Aprel ayı bir çox Avropa siyasətçilərini oyadacaq, həmçinin enerji böhranı ilin sonunda iqtisadi çöküşə səbəb olacaq",-deyə o əalvə edib.
İlahə Qənbərli
Missiya.Az