EN

“BMW” ilə sürücünün yolunu kəsərək təhqir etdi 10 ZO 063 VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov dairəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 4-də saat 11:52 radələrində qeydə alınıb. Videodan görünür ki, 10-ZO-063 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü soldakı nəqliyyat vasitəsinə əhəmiyyət vermədən zolağını dəyişib.

Nəticədə o, görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq hərəkətini məhdudlaşdırıb. Məcbur qalan sürücü sola manevr edərək toqquşmadan yayınmağa çalışıb və qayda pozan sürücüyə siqnal verib.

Kadrlardan həmçinin görünür ki, “BMW” sürücüsü qayda pozuntusu ilə kifayətlənməyərək digər sürücüyə qarşı nalayiq ifadələr işlədib və daha sonra yenidən sol zolağa keçərək hərəkətinə davam edib.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
avtosfer.az

2Sources