EN

Elnur həmkarı Zamiq Hüseynovun ifasını tənqid etdi

Yazını böyüt
Yazını kiçilt
Müğənni Elnur Məmmədov həmkarı Zamiq Hüseynovun ifasını tənqid edib.
 
Hafta.az xəbər verir ki, "Afaqla 10lar" verilişində Zamiqin səsini dəyişərək oxumasını pisləyib:
 
"Səs dəyişməyi sevmirəm. Türk mahnısını onlar kimi oxumağı xoşlamıram. Zamiq səsini dəyişir. İndi oxuduğu səs öz səsi deyil. Əvvəl oxuduğu səsi çox təbii gəlirdi. Özü bunu bəyənir deyə bu cür oxuyur. Bu, yaxşı şey deyil, çox pisdir. İndi də səsini bəyənirəm, amma xüsusiyyəti bəyənmirəm. Bu, müğənninin sabah tanınmamağına gətirib çıxaracaq. Corc Maykldan mahnı oxumuşam, amma hamı bilir ki, mənəm. Muğam oxuyuram, yenə də mənəm. Zamiq bunu göstərdi. Amma hər dəfə etmək yaxşı deyil. Zamiq bunu özününküləşdirdi. Bəzən ifaya qulaq asıram və deyirəm, yox, Zamiq, kaş əvvəlki kimi oxuyardın".
Chosen
61
hafta.az

1Sources