"Kocaelispor" baş məşqçisi Selçuk İnanla müqaviləni yeniləyib.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, klub 41 yaşlı mütəxəssislə sözləşməni 2028-ci ilə qədər uzadıb.
Qeyd edək ki, klub Selçuk İnanın başçılığı ilə cari mövsümdə 32 matçda 11 qələbə, 7 heç-heçə və 14 məğlubiyyət əldə edib.
Xatırladaq ki, sabiq futbolçu karyerası ərzində "Qalatasaray" və Türkiyə millisində çıxış edib.