EN

İran vasitəçilərə ABŞ ilə sülhün bərqərar olması üçün tələblərini çatdırıb

ain.az, Moderator.az saytına istinadən bildirir.

İran və ABŞ vasitəçiləri yaranmış gərginliyin nizamlanması üzrə danışıqlar prosesində Tehrandan sülh bərqərar olması üçün şərtləri alıblar.

Moderator.az-ın xəbərinə görə, bu barədə İranın Misirdəki səfiri Müctəba Ferdousipur "RIA Novosti"yə müsahibəsində məlumat verib.

"Bizim müharibəyə son qoyulması üçün şərtlərimiz var. Biz regiondakı vasitəçilər üzərindən kompensasiyalar və bütün sanksiyaların ləğvini istəyirik", - deyə o bildirib.

Bundan əlavə, agentliyin mənbəyinin vurğuladığı kimi, İran tərəfi ABŞ-dən yenidən müharibəyə başlamayacağına dair zəmanət tələb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
50
moderator.az

10Sources