EN

Qatil 51 il sonra TAPILDI

Yazını böyüt
Yazını kiçilt

ABŞ-da yarım əsrdən çoxdur sirr olaraq qalan dəhşətli cinayətin üstü nəhayət açılıb. 1972-ci ildə amansızlıqla qətlə yetirilən 17 yaşlı Laura Enn Eymin (Laura Ann Aime) qatilinin dünyanın ən məşhur seriyalı qatillərindən biri - Ted Bandi olduğu sübuta yetirilib.

Hafta.az xəbər verir ki, bu fakt müasir texnologiyanın köməyi ilə 51 il sonra gün üzünə çıxıb.

Yuta İctimai Təhlükəsizlik Departamentinin rəsmiləri bildirirlər ki, cinayət yerindən götürülən dəlillər illərdir böyük titizliklə qorunub saxlanılıb. DNT texnologiyasının sürətli inkişafı köhnə nümunələrin yenidən analiz edilməsinə şərait yaradıb. Aparılan laboratoriya testləri nəticəsində əldə edilən DNT profili birbaşa Ted Bandinin məlumatları ilə üst-üstə düşüb. Beləliklə, Lauranın ölümündə əsas şübhəli olan şəxsin kimliyi rəsmən təsdiqlənib.

Ted Bandi ABŞ tarixinin ən qəddar və təhlükəli seriyalı qatillərindən biri hesab olunur. O, 1974-1978-ci illər arasında onlarla gənc qadını qaçırıb, zorlayıb və öldürdüyünü etiraf etmişdi. Bandi rəsmən 30 cinayəti boynuna alsa da, real qurbanların sayının 100-dən çox olduğu ehtimal edilir.

1989-cu ildə elektrik stulunda edam edilən Ted Bandi ölümündən bir neçə saat əvvəl törətdiyi bir çox cinayəti detalları ilə danışmışdı. Onun etirafları arasında gənc Laura Ennin adı keçsə də, o zaman əldə kifayət qədər maddi sübut olmadığı üçün bu cinayət "açılmamış" statusunda qalırdı. 51 il sonra gələn bu xəbər qurbanın ailəsi və hüquq-mühafizə orqanları üçün gecikmiş olsa da, ədalətin bərpası kimi qiymətləndirilir./milli.az/

Chosen
4
4
hafta.az

5Sources