EN

AÇ də İtaliyanın əlindən alınacaq? UEFA prezidenti hədələdi

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

UEFA prezidenti Aleksander Çeferin İtaliyanın hakimiyyət orqanlarını futbol infrastrukturunun modernləşdirilməsi ilə bağlı işlər görməyə çağırıb. Əks halda ölkə AÇ-2032-ni keçirmək hüququnu itirə bilər: “İtaliyalı siyasətçilər özlərindən soruşmalıdılar ki, niyə Avropadakı ən pis futbol infrastrukturlarından biri bu ölkədədi? AÇ-2032 planlaşdırılıb və ümid edirəm ki, İtaliya hazır olacaq. Əks halda qitə birinciliyi bu ölkədə keçirilməyəcək”.“Football-plus.az” xatırladır ki, Avropa çempionatı İtaliyada sonuncu dəfə 1980-ci ildə keçirilib. Ondan əvvəl isə 1968-ci ildə də bu ölkə qitə birinciliyinə evsahibliyi edib. AÇ-2032 İtaliya ilə yanaşı, Türkiyədə də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
2
icma.az

3Sources