UEFA prezidenti Aleksander Çeferin İtaliyanın hakimiyyət orqanlarını futbol infrastrukturunun modernləşdirilməsi ilə bağlı işlər görməyə çağırıb. Əks halda ölkə AÇ-2032-ni keçirmək hüququnu itirə bilər: “İtaliyalı siyasətçilər özlərindən soruşmalıdılar ki, niyə Avropadakı ən pis futbol infrastrukturlarından biri bu ölkədədi? AÇ-2032 planlaşdırılıb və ümid edirəm ki, İtaliya hazır olacaq. Əks halda qitə birinciliyi bu ölkədə keçirilməyəcək”.
“Football-plus.az” xatırladır ki, Avropa çempionatı İtaliyada sonuncu dəfə 1980-ci ildə keçirilib. Ondan əvvəl isə 1968-ci ildə də bu ölkə qitə birinciliyinə evsahibliyi edib. AÇ-2032 İtaliya ilə yanaşı, Türkiyədə də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta