EN

Əməkdar artist kimlərə və niyə 100 min təklif edir? - VİDEO

"AccessBank" Azərbaycanın Əməkdar artisti Rafael İsgəndərov ilə əməkdaşlığa başlayıb. 


Manset.az xəbər verir ki, Əməkdar artist bizneslər üçün yeni “Gül kimi təklif” kampaniyası çərçivəsində çəkilən reklam çarxında yer alıb. 

“Gül kimi təklif” sahibkarlar üçün sərfəli maliyyə imkanları yaradan yeni kampaniyadır. Bu xüsusi təklif biznesini böyütmək və ya yeni fəaliyyətə başlamaq istəyənlərə daha rahat dəstək verməyi hədəfləyir. Kampaniya çərçivəsində sahibkarlar “AccessBank”ın “Mikro Biznes Dəstəyi” məhsulu vasitəsilə 100 min manata qədər vəsaiti illik 12%-dən başlayan şərtlərlə əldə edə bilərlər.

Yeni təklif sadə və şəffaf şərtləri, sürətli müraciət prosesi və sahibkarların ehtiyaclarına uyğun maliyyə həlləri ilə seçilir. Biznesini daha güclü qurmaq, planlarını reallaşdırmaq və inkişaf yolunda inamla addımlamaq istəyənlər üçün “Gül kimi” kampaniya real fürsət kimi dəyərləndirilir.


Manşet.az



Chosen
28
manset.az

1Sources