Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda “Böyük İpək Yolu” beynəlxalq boks turniri başlayıb. Turnirdə ölkəmizi 43 idmançı təmsil edir.
İdman.Biz xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışda Azərbaycanla yanaşı Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparır.
Turnirdə 14 dəst medal (10 kişi, 4 qadın çəki dərəcəsi) uğrunda ümumilikdə 126 boksçu qüvvəsini sınayır. Azərbaycan komandası kişilərin yarışında 37, qadınların mübarizəsində isə 6 idmançı ilə təmsil olunur.
Turnirin qalibləri aprelin 7-də müəyyənləşəcək.
Qeyd edək ki, yarışa Bolqarıstandan Svetoslav Sapounciyev supervayzer, Azərbaycandan isə Anar Babanlı baş hakim kimi nəzarət edir. Görüşləri Azərbaycanla yanaşı Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan hakimlər idarə edirlər.
İdman.Biz












Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.