EN

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

Marsda Yer kürəsindəki mikrobların fəaliyyəti nəticəsində yaranan süxurlara bənzər nikel yataqları tapılıb. Belə ki, NASA-nın "Perseverance" aparatı Yezero kraterinin Neretva bölgəsində apardığı tədqiqatlar zamanı dəmir, kükürd və üzvi maddələrlə yanaşı, yüksək miqdarda nikel aşkar edib.

Alimlərin fikrincə, Yer kürəsində bu cür elementlərin birləşməsi adətən mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində formalaşır. Bu bənzərlik Marsda da nə vaxtsa həyatın ola bilməsi ehtimalını gücləndirir. Lakin tədqiqatçılar bildirirlər ki, bu yataqların canlı orqanizmlərin iştirakı olmadan, tamamilə geoloji və kimyəvi proseslər nəticəsində yaranması ehtimalı da istisna edilmir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Chosen
40
1
azerbaijan-news.az

2Sources