EN

Xırdalanda gecəyarısı ağaclar məhv edilib üzəri betonlandı ŞİKAYƏT FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Abşeron rayonu, Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsindəki ağaclar kökündən kəsilərək üzəri betonla örtülüb. 

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkillər göndərərək məlumat verib.

Sakinlərin iddiasına görə, ağacların məhv edilməsi gecə saatlarında baş verib. Görüntülərdən aydın olur ki, kəsilən ağacların əvəzinə heç bir əkin işləri aparılmayıb, ərazi tamamilə betonlanıb.

Hadisə sakinlər arasında etiraz və narazılıq yaradıb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
avtosfer.az

1Sources