EN

Makrondan Trampa reaksiya: Cavab verməyə dəyməz

BAKI, 2 aprel. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın onun və həyat yoldaşı Bricit Makronun ünvanına səsləndirdiyi fikirləri “ədəbsizlik” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Cənubi Koreya-ya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Eşitdiyim və sizin istinad etdiyiniz ifadələr nə zərif, nə də ədəblidir. Bu qədər. Ona görə də cavab verməyəcəyəm, buna dəyməz”, - Makron deyib.

Fransa Prezidenti əlavə edib ki, ABŞ liderinin bu cür bəyanatları İranla davam edən hərbi münaqişə və enerji resurslarının qiymətlərinin artdığı çətin dövrdə səslənir.

Emmanuel Makron bu kontekstdə gərginliyin azaldılmasına və münaqişənin həlli üçün danışıqlara diqqət yetirməyə çağırıb: “Bu, həm regionun sabitləşməsinə, həm də ABŞ və tərəfdaşlarının zərər gördüyü ticarətin sərbəst hərəkətinin bərpasına kömək edəcək”.

Donald Trampın Fransada da ciddi siyasi etirazlara səbəb olan sözləri belədir:

“Fransaya, Makrona zəng etdim. Həyat yoldaşının ona çox pis davrandığı Makrona... Hələ də çənəsinə dəyən zərbənin təsirindən çıxmağa çalışır”.

Chosen
20
teleqraf.com

1Sources