EN

Luçesku Rumıniya millisindən istefa verdi


Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçeskunun vəzifəsindən ayrıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Bu, Rumıniyanın məqsədinə çata bilməməsi və pley-off mərhələsində Türkiyə millisinə məğlub olması fonunda baş verib.
“Cənab Luçeskunun qarşıdakı aylarda federasiya daxilində yeni vəzifəsini icra etməsini səbirsizliklə gözləyirik. Rumıniya futbolu cənab Luçeskunun karyerası ərzində topladığı bütün biliklərdən faydalanmalıdır”, - Təşkilatın prezidenti Rezvan Burlyanu bildirib.
Qeyd edək ki, təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə qədər irəliləyib. Komanda burada Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Chosen
59
1
yeniavaz.com

1Sources