EN

Sabaha olan hava proqnozu

Aprelin 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, sabah bəzi yerlərdə arabir duman.

Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

AzPost.az

Chosen
33
49
azpost.info

10Sources