EN

Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi

style='margin-bottom:10px;'>

 Türkiyə millisinin DÇ-2026-da keçirəcəyi qrup oyunlardan birinin başlama saatı dəyişdiriib.

QOL.az "Hurriyet"ə istinadən xəbər verir ki, Paraqvayla iyunun 20-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.

Matçın daha əvvəl saat 08:00-da başlaması nəzərdə tutulmuşdu. Bu dəyişikliyin səbəbi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, Türkiyə millisi iyunun 14-də, Bakı vaxtı ilə saat 08:00-da Avstraliya ilə, iyunun 26-da, saat 06:00-da isə ABŞ ilə üz-üzə gələcək.

Chosen
13
9
teleqraf.com

10Sources