EN

Məşhur astroloq müharibə ilə bağlı tarix verdi: Aprelin 12 də...

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ABŞ və İran arasında müharibə ilə bağlı apardığım hesablamalarda əsas diqqət münaqişənin nə vaxt bitəcəyinə, nə qədər geniş yayılacağına və hansı ölkələrin iştirak edib-etməyəcəyinə yönəlib. 

Bu ilkin hesablamalarıma görə, Azərbaycanın müharibəyə birbaşa qoşulması ehtimalı yoxdur. Ölkəmizə nə havadan, nə də qurudan hər hansı hücum gözlənilmir. Həmçinin, Azərbaycan Ordusunun münaqişə zonasına göndəriləcəyi ilə bağlı yayılan fikirlər də real hesab olunmur və belə bir ssenari nəzərdə tutulmur”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında ABŞ–İran müharibəsi ilə bağlı proqnozunda tanınmış astroloq Səbuhi Rəhimli deyib.

O bildirib ki, qaçqın axını ilə bağlı ehtimallar səsləndirilsə də, ən azı yaxın bir ay ərzində belə bir vəziyyətin yaranacağı proqnozlaşdırılmır: 

“Bəzi astroloji yanaşmalara görə isə münaqişənin taleyində müəyyən “şans pəncərələri” mövcuddur. Bu yanaşmalarda ən kritik tarix kimi aprelin 12-si göstərilir. Belə ki, müharibənin bu tarixədək başa çatma ehtimalı yüksək qiymətləndirilir. Əgər həmin vaxta qədər qarşıdurma bitməzsə, növbəti mümkün mərhələ kimi iyun ayının ikinci yarısı, daha sonra isə avqustun sonu – sentyabrın əvvəlləri göstərilir”. 

Astroloq qeyd edib ki, artıq İran daxilində müəyyən danışıqların getdiyi barədə məlumatlar dolaşır: 

“Rəsmi dairələr əvvəlki kimi bu iddiaları qəti şəkildə təkzib etmir, lakin danışıqların müəyyən şərtlər çərçivəsində mümkün ola biləcəyini bildirirlər. Halbuki bir neçə həftə əvvəl bu cür danışıqlar tamamilə inkar edilirdi. 

Ümumilikdə, müharibənin ən real bitmə ehtimalı kimi aprelin 12-si ön plana çıxır. Mövcud proqnozlarıma əsasən, qarşıdurmanın qalibi kimi ABŞ-nin çıxacağı ehtimalı daha yüksək qiymətləndirilir. Bu münaqişədə nə İsrail, nə də İranın qalib kimi çıxış etməsi real görünür”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

ABŞ–İran Səbuhi Rəhimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
cebheinfo.az

2Sources