Azərbaycan Basketbol Liqasında 20 turun nəticələrinə əsasən, müntəzəm mövsümün ən dəyərli oyunçuları (MVP) müəyyənləşib.


Rekord.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, A və B qrupları üzrə ən yaxşılar açıqlanıb.


A qrupunda "Sabah" klubunun üzvü Hassani Qravet mövsümün MVP-si seçilib.


B qrupunda isə bu ada "Ordu" komandasının basketbolçusu Cermeyn Hed layiq görülüb.