EN

"Amerika rəhbərliyi Hollivud fantaziyalarına qərq olub" - SEPAH-dan Trampa CAVAB

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general Məcid Musəvi bildirib ki, Amerika rəhbərliyi Hollivud fantaziyalarına qərq olub.

Redaktor.az xəbər verir ki, Musəvi ABŞ Prezidenti Donald Trampın İranı “Daş dövrünə” qaytarmaqla bağlı təhdidlərini şərh edərkən bildirib:

“Hərbi komandir X-də yazıb: ‘İranı Daş dövrünə qaytarmayacaqsınız, amma əsgərlərinizi məzar daşı altına göndərəcəksiniz. Hollivud fantaziyaları düşüncə tərzinizi o qədər təhrif edib ki, təvazökar 250 illik tarixinizlə 6000 ildən çox yaşı olan bir sivilizasiyanı təhdid edirsiniz’”.

Daha əvvəl Amerika lideri İranın dəniz və hava qüvvələrinin məhv edildiyini və ölkənin raket potensialının tezliklə minimuma endiriləcəyini bəyan etmiş, İslam Respublikasına qarşı əməliyyatın əsas məqsədlərinə “çatmaq üzrə olduğunu” iddia etmiş və İranı “Daş dövrünə” qaytarmaqla hədələmişdi.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
36
22
redaktor.az

10Sources