ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Heydər Əliyev Sarayının qarşısında ulu öndər Heydər Əliyevin adına salınan parkın uzun müddətdir, baxımsız qalması, parkda fəaliyyət göstərən ekskalatorların qeyri-işlək vəziyyətdə olması barədə narazılıqlar var.Bu barədə Pravda.az-a şikayət ünvanlayan ərazi sakinləri bildiriblər ki, ekskalatorların tez-tez fəaliyyətini dayandırması yaşlı vətəndaşlar, uşaqlılara çətinlik yaradır.Onlar bildiriblər ki, Ulu öndər Heydər Əliyevin heykəlinin rənglənməsinə ehtiyac var: “Parkdakı oturacaqlar köhnəlib, fantanlar vaxtlı-vaxtında açılmır. Bir sözlə, Ümummilli Liderin adına olan parkın baxımsız halda qalması qəbuledilməzdir. Nəsimi Rayon İcra Hakimiyyəti ərazidə heç bir səliqə-səhman yaratmır. İllərdir, park necə vəziyyətdədirsə, eyni cür qalıb. Yenilənmə, bərpa işləri aparılmır”.Pravda.az məsələni aydınlaşdırmaq üçün Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. RİH-nin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Vaqif Zeynalov deyib ki, parka giriş-çıxışı təmin edən yeraltı keçidlərdəki eskalatorlarla bağlı aidiyyəti qurumlara rəsmi müraciət olunub: “Qeyd edilən digər faktlar isə keçirilmiş baxış zamanı öz təsdiqini tapmayıb”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.