EN

Qırğızıstanın enerji sektorunun gələcək inkişafı yeni texnologiyaların tətbiqini tələb edir - Adılbek Kasımaliyev

Bakı. Trend:

Qırğızıstanın enerji sektorunun gələcək inkişafı yenitexnologiyaların tətbiqini tələb edir.

Trend xəbər verirki, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek KasımaliyevTürk Dövlətləri Təşkilatına üzd dövlətlərin hökümət başçıları vəvitse-prezidentlərinin ikinci iclasında deyib.

“Qırğızıstan Respublikası unikal su və enerji resurslarınamalikdir və bərpa olunan enerji mənbələrinin inkişafına böyük önəmverir. Günəş, külək, su və bioenerjidən artıq istifadə olunsa da,onların potensialı hələ tam şəkildə gerçəkləşdirilməyib”, – deyə obildirib.

Onun sözlərinə görə, enerji sektorunun gələcək inkişafı yenitexnologiyaların tətbiqini və infrastrukturun genişləndirilməsinitələb edir. Xüsusilə, kiçik su elektrik stansiyaların inkişafıenerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyininmöhkəmlənməsinə və bölgələrin sosial-iqtisadi inkişafına töhfəverir.

Kasımaliyev qeyd edib ki, Qırğızıstanda böyük su elektrikstansiyaları, o cümlədən “Kambar-Ata” layihəsi üzərində işləraparılır, həmçinin “CASA-1000” layihəsi həyata keçirilir ki, bu da“yaşıl elektrik enerjisi"nin Əfqanıstan və Pakistana ixracını təminedəcək.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources