EN

Gənclər Liqasının bütün matçlarında çəkiliş aparılacaq

Yazını böyüt
Yazını kiçilt

Gənclər Liqasının bütün matçlarda çəkiliş aparılacaq.

Hafta.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibinin müavini Elçin Məmmədov milli assosiasiya ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, bununla bağlı məşqçilərə təlimlərin keçiriləcəyini bildirib:

“Məşqçilər geniş şəkildə məlumatlandırılacaq. Keçirilən bütün oyunların datası AFFA-ya təqdim olunacaq və biz futbolçuları analiz edəcəyik. Buna əsasən, istedadlı və seçilən futbolçuların milliyə cəlb olunması istiqamətində işlər aparılacaq”.

Chosen
7
6
hafta.az

7Sources