İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.
Publika.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür.
Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.