EN

Trampdan Hörmüz açıqlaması: Bizim onların heç nəyinə ehtiyacımız yoxdur

“Bizə İran nefti lazım deyil. Onların sahib olduqları heç nəyə ehtiyacımız yoxdur, amma müttəfiqlərimizə kömək etmək üçün oradayıq".

Azreform.info  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Tramp deyib ki, ABŞ-nin müttəfiqləri Hörmüz boğazının yenidən açılmasına cavabdeh olacaqlar. Tramp onları bu vacib su yoluna nəzarəti bərpa etmək üçün əməliyyata rəhbərlik etmək üçün "cəsarət göstərməyə" çağırıb: "Çətin hissə artıq bitib, ona görə də qalan hissəsi asan olacaq və hər halda, bu münaqişə bitdikdə boğaz təbii olaraq açılacaq”.

Mürtəza

Chosen
17
2
azreform.info

3Sources