EN

Sərnişinlər sağlamlıq bəyannaməsi dolduracaq

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sərnişin sağlamlıq bəyannaməsi - səyahət edən şəxsin öz sağlamlıq vəziyyəti barədə təqdim etdiyi rəsmi məlumat formasıdır və sərhəd keçid məntəqələrində doldurulur.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bəyannamədə sərnişin sağlamlıq vəziyyəti ilə bağlı sualları cavablandırır. Bura hər hansı yoluxucu xəstəliyin olub-olmaması, qızdırma, öskürək, halsızlıq kimi əlamətlərin mövcudluğu, son vaxtlar xəstə şəxslə təmas və səfər etdiyi ölkələr barədə məlumatlar daxildir.

Sərnişin sağlamlıq bəyannaməsinin doldurulması yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına, sərhədlərdə sanitar-epidemioloji nəzarətin təmin edilməsinə və dövlətin səhiyyə təhlükəsizliyinin qorunmasına xidmət edir.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
cebheinfo.az

2Sources