EN

Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı- ÖZƏL

"Bu gün biz 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərin işğal tarixini deyil, müzəffər xalq kimi, qalib ölkə kimi Kəlbəcəri bir güllə atılmadan, hərbi əməliyyatlar keçirilmədən, siyasi yolla işğaldan azad etməyimizi öz doğma diyarımıza qaytmağımızı qürurla qeyd edirik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Əlbətdə də ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Ordumuzun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.  
Biz xalqımıza edilən zülmləri, günahsız insanların qətlə yetirilməsini, cavan oğullarımızın şəhid edilib qazi olmasını, məhv olmuş 30 ilimizi, tariximizi, uşaqlığımızı və gəncliyimizi, illərlə zəhmətlə qurduğumuz ev-eşiyimizin bir anın içində dağıdılmasını unutmamalı, unudulmasına icazə verməməliyik.
Ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources