EN

Mundiala gedə bilməyən İtaliya baş məşqçisi ilə yolları ayırır

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo komandadakı vəzifəsindən ayrılacaq.

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O Qattuzonun postunu itirməsinin səbəbini İtaliya yığmasının Bosniya və Herseqovina milli futbol komandası ilə 2026-cı il dünya çempionatına vəsiqə uğrunda A Yolunun final pley-off matçında məğlubiyyətinə (1:1, penaltilərlə 1:4) görə olacağını qeyd edib.

Beləliklə, “Skuadra Adzurra” tarixində ilk dəfə olaraq ardıcıl üç dünya çempionatını buraxacaq. İtaliya millisi sonuncu dəfə 2014-cü ildə mundialda iştirak edib. Qeyd edək ki, komanda dördqat dünya çempionudur.

Xatırladaq ki, C.Qattuzo 2025-ci ildən İtaliya yığmasına rəhbərlik edir. O, daha əvvəl "Hayduk Split", "Marsel", "Napoli" və "Milan" kimi klublarda baş məşqçi olub.

Chosen
21
50
90deqiqe.az

10Sources