
Fars körfəzi ölkələri neft və qaz ixracının Hörmüz boğazından yan keçməsinə imkan verəcək yeni boru kəmərlərinin tikintisini nəzərdən keçirir.
Missiya.Az xəbər verir ki, bunu "Financial Times" nəşri bildirir.
Mənbələr qeyd edirlər ki, bu layihələr regionun gəmiçilikdəki həssaslığını azaltmaq üçün vacib olsa da, bahalı və siyasi cəhətdən mürəkkəbdir.
Səudiyyə Ərəbistanı neft ixracının böyük hissəsini İranın sularından deyil, alternativ boru kəmərləri vasitəsilə həyata keçirməyi araşdırır. Digər variant kimi ABŞ-nin təşəbbüsü ilə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) planları da nəzərdən keçirilir.
İsrailin NewMed Energy şirkətinin baş direktoru Yossi Abu Aralıq dənizinə boru kəmərlərinin çəkilməsinin mümkünlüyünü təsdiqləyib. "Cat Group" şirkətinin rəhbəri Kristofer Buş isə bildirib ki, bu sektorda layihələrə maraq əvvəldən yüksək olub.
Seyranə QuliyevaMissiya.Az