EN

"İran ABŞ və İsrail təslim olana qədər mübarizəsini davam etdirəcək"

İran İslam Respublikası Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari İranın ABŞ və İsrail təslim olduqlarını elan edənə qədər döyüşləri davam etdirəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Zülfəqari isə Amerika və İsrail hakimiyyət orqanlarına müraciət edərək, “bu müharibə sizin tam rüsvayçılığınıza, məğlubiyyətinizə və təslim olmağınıza qədər davam edəcək”, – deyə vurğulayıb.

Qeyd edək ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp yaxın iki-üç həftə ərzində Amerika ordusunun İrana qarşı güclü zərbələr endirəcəyini və ölkəni yenidən “Daş dövrünə” qaytaracağını bildirib.

Aminə ŞAHSUVARQIZI

Chosen
18
50
redaktor.az

10Sources