Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kortala kəndinin ərazisində qeydə alınıb.
Belə ki, VAZ-21011 markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü, 27 yaşlı Nurlan Xəmmədov və sərnişini, 17 yaşlı C.Xəmmədov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.