EN

NASA-nın Artemis II missiyası aya yola düşdü

54 illik fasilədən sonra ilk dəfə NASA-nın Artemis II missiyası aya yola düşüb.

Aznews.az xəbər verir ki, dörd astronavt Kennedi Kosmik Mərkəzindən “Orion” kosmik gəmisi ilə missiyaya başayıblar. On günlük missiyada NASA astronavtları Reyd Vayzmən, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen iştirak edir. Onlar 10 günlük missiya çərçivəsində Ay ətrafında uçuş aparacaq, “Orion” gəmisinin sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə qayıdacaqlar.

Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay ətrafında ilk uçuşu olacaq./trend

Chosen
38
12
aznews.az

10Sources