EN

Tarixin milyarder idmançıları: Ronaldo üçüncüdür, Messi isə...

Altıqat NBA və ikiqat Olimpiya çempionu Maykl Cordan tarixdə ən çox qazanan idmançı olub.

Publika.az xəbər verir ki, “Sportico”nun açıqladığı siyahıya əsasən, amerikalı əfsanə karyerası ərzində 4,5 milyard dollar qazanıb.

Siyahıda ikinci yerdə Cordanın həmyerlisi, əfsanəvi qolfçu Tayqer Vuds qərarlaşıb - 2,88 milyard dollar. İlk üçlüyü isə “Əl-Nəsr”in hücumçusu, futbol üzrə Avropa çempionu Kriştiano Ronaldo 2,52 milyard dollarla tamamlayır.

Portuqaliyalı ulduzun əzəli rəqibi - “İnter Mayami”nin forvardı Lionel Messi isə siyahıda beşincidir - 1,99 milyard. O, eyni zamanda ən çox qazanan ikinci futbolçudur.

İdmançıların gəlirlərinə maaşlar, bonuslar, mükafatlar, reklam müqavilələri, lisenziyalaşdırma, royaltilər, suvenir satışları, kitab müqavilələri, media gəlirləri, çıxış haqları və digər ödənişlər daxildir.

Chosen
21
publika.az

1Sources